03 dekabr 2024 17:23
124

Yeni şöbə və sektor müdirləri təyin olunub

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.

“İki sahil” xəbər verir ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin  idarə edilməsi  şöbəsinə şöbə müdiri,  Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər  oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə,  Murad Rövşən oğlu Hümbətov  Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu  Əliyev  isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.

Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin  müdiri, Gültəkin Rüstəmli  Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi,  Sahil Əlizadə  Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun  baş məsləhətçisi, Ayaz Əliyev  həmin sektorda aparıcı məsləhətçi,  Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi   vəzifələrində  çalışıblar.