ABŞ ötən illə müqayisədə 2024-cü ildə Ukraynaya hərbi yardımın həcmini azaldıb.
“İki sahil” xəbər verir ki, 2024-cü ildə ABŞ-ın Kiyevə hərbi yardımının həcmi 2023-cü illə müqayisədə azalaraq 19,5 milyard dollar təşkil edib.
Qeyd olunub ki, 2023-cü ildə Amerikanın Ukraynaya yardımının həcmi 24,7 milyard dollar, 2022-ci ildə isə 19,875 milyard dollar təşkil edib.