ABŞ Nəqliyyat Departamenti “JetBlue” aviaşirkətini uçuş gecikmələrinə görə 2 milyon dollar cərimələyib.
“İki sahil” xəbər verir ki, bu barədə Nəqliyyat Departamenti məlumat yayıb.
Qeyd edilib ki, Departament ilk dəfə olaraq bir aviaşirkəti gecikmələrə görə cərimələyir.
Açıqlamada cərimənin yarısının şirkətin gecikmələrindən təsirlənən müştərilərə kompensasiya olaraq ödəniləcəyi bildirilib.
Vurğulanıb ki, qeyri-real uçuş cədvəli sərnişinlərə etibarlı məlumat təqdim etməməklə onların səyahət planlarını pozan ədalətsiz, yanıltıcı və rəqabətə zidd təcrübədir və bu, aviaşirkətlərin istehlakçıları çaşdırmağa və rəqiblərdən müştəri almasına səbəb olur.
Açıqlamada nazirliyin real olmayan uçuş planlaşdırması ilə əlaqədar digər hava yolları ilə bağlı araşdırmalarını da davam etdirdiyi bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”