Muğlanın (Türkiyə) Menteşe rayonunda Rixter cədvəli ilə 4,0 bal gücündə zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, AFAD-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, zəlzələnin heç bir mənfi təsiri olmayıb.
Bildirilir ki, episentri Muğlanın Menteşe rayonunda olan 4,0 bal gücündə zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Yerin 7 kilometr dərinliyində qeydə alınan zəlzələ şəhər mərkəzi və ətraf rayonlarda da hiss olunub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”