ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmağı təmin edəcəyinə söz verib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, Tramp bu açıqlamanı vəzifəyə gəldikdən sonra ilk sərəncamlarını imzalayarkən edib.
“NATO daha çox pul ödəməlidir. "NATO 5% ödəməlidir", - deyə ABŞ prezidenti qeyd edib. O, həmçinin ABŞ-ın Ukraynaya hərbi yardıma Şimali Atlantika Alyansının qalan hissəsinə nisbətən 200 milyard dollar daha çox xərcləməsindən şikayətlənib. "NATO üzvləri "oyun sahəsini bərabərləşdirməlidir" - deyə, o, qeyd edib.