ABŞ prezidenti Donald Tramp BRİKS ölkələrinə qarşı ən azı 100% ticarət tarifləri tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, TASS ABŞ-ın yeni prezidentinin sözlərindən sitat gətirib: “Biz onların Birləşmiş Ştatlarla apardıqları işlərə ən azı 100% tariflər tətbiq edəcəyik”.
O, bunun sadəcə təhdid olmadığını, artıq ifadə etdiyi mövqe olduğunu vurğulayıb.
Bundan əvvəl Tramp Avropanın Amerika tərəfdən neft və qaz alışını artırmayacağı təqdirdə Avropa İttifaqını tariflərlə hədələmişdi.