Belçikada Apple-ın Konqo Demokratik Respublikasının şərqindəki zorakı cinayətlərlə əlaqəli silahlı qruplar tərəfindən təmin edilən mineralları satın alması ilə bağlı cinayət işi açılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Əsas diqqət yaraqlıların nəzarətində olan mədənlərdə hasil edilən tantal, koltan, qalay, volfram və qızıl kimi “qan minerallar”a yönəlib.
Konqo Demokratik Respublikasını təmsil edən hüquqşünaslar Apple-ın hərəkətlərini irimiqyaslı çirkli pulların yuyulması əməliyyatı kimi qiymətləndiriblər.
Apple, DRC-nin iddiaları ilə "qəti şəkildə razı olmadığını" və "məsuliyyətli mədənçilik təcrübələrinə dərindən sadiq qaldığını" söyləyib.