21 yanvar 2025 12:25
86

“Dükkan” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb

Kütləvi qidalanmanın təşkil edildiyi iaşə obyektlərinə nəzarət tədbirləri çərçivəsində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 37-də fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus “Dükkan” restoranında yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "İki sahil"ə verilən məlumata görə, yoxlama zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanılmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunub. Məhsulların istehlaka təqdim edilməsinin qarşısı alınıb.

Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.