22 yanvar 2025 13:48
86

İmişlidə xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub

Yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan bir qrup şəxs barəsində qərar verilib.

“İki sahil” xəbər verir ki, İmişli rayon məhkəməsində istintaq orqanının vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.

Saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.