Ermənistanın baş nazir Nikol Paşinyan ölkə himnindəki misraların ardıcıllığının dəyişdirilməsini təklif edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, heab edir ki, himnin sonu Ermənistanın şöhrəti haqqında sözlərlə bitməlidir.
“Himnin mətnində heç bir dəyişiklik yoxdur, təklif sonuncu və ikinci misraların dəyişdirilməsidir. Himnimiz “Ermənistan həmişə şöhrətlənsin” sözləri ilə bitməlidir. Məlumdur ki, indi ölüm səhnəsinin təsviri ilə bitir" -deyə Paşinyan qeyd edib.
Baş nazirin sözlərinə görə, himn bitdikdən sonra alqışlar gəlir, ona görə də alıqş faciəvi itkilər haqqında olan sözlərdən sora deyil, Ermənistanın şöhrəti haqqında sözlərdən sonra olmalıdır.