31 yanvar 2025 15:43
95

Rusiya benzinin ixracına qoyulan qadağanın müddətini artırdı

Rusiya Baş nazirin müavini Aleksandr Novakın katibliyindən jurnalistlərə bildirilib ki, hökumət benzinin ixracına qoyulan qadağanın fevralın 28-dək uzadılması barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, bu tədbir əvvəlki kimi yanacaq istehsalçılarına şamil edilməyəcək.