04 fevral 2025 23:29
81

Rusiya Ukraynanın itkilərini açıqladı - 1077-ci gün

Rusiya müharibənin 1077-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 42 406 PUA-sı, 590 zenit-raket kompleksi, 21 023 tank və digər zirehli texnikası, 1 513 reaktiv yaylım atəş sistemi, 21 222 artilleriya və minaatanı, 31 186 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.