04 fevral 2025 23:13
82

Trampdan Hindistana tarixi zərbə

Fevralın 3-də ABŞ dollarının Hindistan rupisi qarşısında məzənnəsi tarixdə ilk dəfə 87 rupini ötüb.

“İki sahil” xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya qarşı idxal rüsumları tətbiq etməsi Asiya valyutalarının ucuzlaşmasına səbəb olub.

Hazırda dollar 87,14 rupiyə satılır, cümə günü isə bu rəqəm 86,7 idi. Gün ərzində qeydə alınan maksimum dəyər isə 87,23 rupi olub.

Ekspertlər hesab edirlər ki, Trampın fevralın 4-də qüvvəyə minəcək yeni tarif qərarı fonunda investorlar kapitalı daha sabit aktivlərə, xüsusilə də dollara yönəltməyə başlayıblar. Bununla yanaşı, Hindistan iqtisadiyyatının 2024-cü ilin ikinci maliyyə rübündə (iyul-sentyabr) ÜDM artımındakı yavaşlama da rupiyə olan etibarı zəiflədib.