04 fevral 2025 23:23
84

Mən onlara Suriyaya lazımi dəstəyi verməyə hazır olduğumuzu bildirdim - Ərdoğan

“Biz Suriyaya terrorla mübarizədə lazımi dəstəyi verməyə hazırıq”.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Ərdoğan Ankarada Suriya lideri Əhməd əl-Şaraa ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

Türkiyə liderinin sözlərinə görə, Suriya ilə bağlı siyasətlərinin əsasını həmişə bu ölkənin ərazi bütövlüyünün və birliyinin qorunub saxlanması təşkil edib:

“Bugünkü görüşümüzdə də bu prinsip əsasında səmimi söhbətimiz oldu. Atılacaq birgə addımları qiymətləndirdik. Demək olar ki, hər bir məsələdə tam razılaşdığımızı görməkdən məmnun olduq. Xüsusilə Suriyanın şimal-şərqini işğal edən separatçı terror təşkilatı və onun havadarlarına qarşı atılacaq addımları müzakirə etdik. Mən onlara Suriyaya lazımi dəstəyi verməyə hazır olduğumuzu bildirdim. Qardaşım Şaaranın terrorla mübarizədə güclü iradəsindən məmnun olduğumuzu bildirmək istərdim”.