AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında yer səthi ilə toqquşana qədər 1, 2 və 3-cü hidravlik sistemlərinin zədələndiyini sübut edən şəkil və qrafik təqdim olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.
“Müəyyən edilmiş bu zədələr hidravlik mayesinin və təzyiqinin itkisi ilə nəticələnib”, - deyə hesabatda qeyd edilib.