06 fevral 2025 18:51
88

Türkiyə MN: Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcək.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

"Qardaş, dost və müttəfiq ölkələrin, o cümlədən Azərbaycan, Liviya, Bosniya və Herseqovina, Qətərin ədalətli mübarizəsinə dəstək verəcəyik", - o bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, Türkiyə böyük bir coğrafiyada sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına töhfə verir.