İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a səfəri davam edir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Prezident Donald Trampla danışıqların ertəsi günü o, Pentaqon rəhbəri Pit Heqsetlə görüşüb.
Qəzza zolağının yenidən təşkili ilə bağlı qalmaqallı təşəbbüsü şərh edən Heqset qeyd edib ki, dövlət başçısı standartdan kənarda düşünməyə hazırdır.
Onun sözlərinə gprə, Tehrana qeyri-ənənəvi həllər də təklif oluna bilər. Tramp İranla yeni nüvə sazişi imzalamağa çağırıb və vurğulayıb ki, o, hələ ki, “İrana zərbə endirmək” istəmir.
Netanyahu ABŞ-a səfərinin üçüncü günündə Pentaqona baş çəkib. Söhbət zamanı ABŞ müdafiə naziri İsrailin son 16 ayda İrana və onun proksi qüvvələrinə hərbi zərbə vurmasına görə tərifləyib və yəhudi dövlətinin özünümüdafiə hüququ olduğunu bildirib.