07 fevral 2025 15:55
99

Macarıstan ABŞ ilə böyük iqtisadi saziş bağlamaq istəyir

Macarıstan hakimiyyəti ABŞ administrasiyası ilə irimiqyaslı iqtisadi saziş bağlamaq istəyir.

“İki sahil” xəbər verir ki,  bu barədə Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının efirində bildirib.

“Biz amerikalılarla miqyası və ciddiliyi baxımından əhəmiyyətli olan iqtisadi saziş bağlamağa hazırıq”, - TASS onun bəyanatından sitat gətirib.

Orbanın sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyasının siyasəti nəticəsində iki ölkə arasında iqtisadi əlaqələr pozulub.

Baş nazir əlavə edib ki, Macarıstan və Vaşinqton arasında bu iqtisadi sazişlər əvvəlki əlaqələri bərpa edə və gələcək əməkdaşlıq üçün perspektivlər aça biləcək.