07 fevral 2025 12:27
85

MİT axtarışda olan terrorçunu MƏHV ETDİ

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı - MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “xüsusi təyinatlılarının məsullarından” olan Murat Keleş ölüb.

“İki sahil” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, “Berhudan Harun” kod adlı M.Keleş 2016-cı il mayın 5-də Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda təhlükəsizlik qüvvələrinə qarşı keçirilən terror hücumunu törədənlərdəndir.

Bildirilib ki, onun adı MİT-in axtarışdakı terrorçuları siyahısında olub.