Avropa İttifaqı ABŞ-ın gömrük tarifləri tətbiq etməsi ilə bağlı cavab tədbirləri görməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Antonio Kosta İtaliyanın “Stampa” qəzetinə müsahibəsində danışıb.
“Biz həmçinin Avropa vətəndaşlarının və bizneslərinin maraqlarını qorumaq üçün lazım gəldikdə hərəkətə keçməyə və tədbirlər görməyə hazırıq”, - deyə o, bildirib.
Kostanın sözlərinə görə, Avropa İttifaqı hələ də Vaşinqtonla danışıqlara açıqdır.
Bundan əlavə, o vurğulayıb ki, Aİ-nin ABŞ-la ticarət müharibəsi böyük nəticələrə səbəb ola bilər, çünki söhbət dünya ÜDM-nin 40%-dən gedir.