Almaniya kansleri Olaf Şolts ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından ərəb ölkələrinə köçürülməsi planına qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniya mediasına istinadla TASS məlumat yayıb.
“Mən Prezident Trampın irəli sürdüyü bu ideyanı tamamilə rədd edirəm. Qəzza əhalisini Misir və İordaniyaya köçürməməliyik"- deyə Şolts Lüdviqsburqda keçirilən seçkiqabağı tədbirdə deyib.
Kanslerin sözlərinə görə, Yaxın Şərqdə eskalasiyanın qarşısını almaq və Fələstin ilə İsrail arasında sülhü təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır.
Daha əvvəl Donald Tramp demişdi ki, İsrail hakimiyyəti münaqişə bitdikdən sonra Qəzza zolağını amerikalılara təhvil verə bilər, fələstinlilər isə daha təhlükəsiz və gözəl yerlərə yerləşdirilə bilər.