Ağ Ev Ümumi Xidmətlər Administrasiyasına (GSA) bütün media müqavilələrini ləğv etməyi əmr edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"GSA Komandası, xahiş edirik iki şey edin. “Politico, BBC... və Bloomberg-in iştirak etdiyi bütün müqavilələri ləğv edin... Bu gün yalnız GSA üçün hər bir media müqaviləsini ləğv edin”, - deyə, Tramp administrasiyasının məktubunda qeyd edilib.
Bundan əvvəl İlon Mask hökumətin mediaya ayırdığı xərcləri nizamlamağa söz vermişdi.