08 fevral 2025 11:30
79

Azərbaycanın olimpiya mükafatçısının reytinqdə mövqeyi dəyişməyib

Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin fevral ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi dəyişməyib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 120 xalla ikinci pillədə qərarlaşıb.

Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.

Qeyd edək ki, Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.