İtaliyanın "Yuventus" klubu Fransa təmsilçisi PSJ-dən icarəyə götürdüyü futbolçu Randal Kolo Muanini birdəfəlik transfer etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb.
Turin təmsilçisi 26 yaşlı hücumçunun alınması üçün Paris klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, anlaşmaya əsasən, Randal Kolo Muani yayadək "Yuventus"da çıxış etməlidir. Onun Fransa çempionu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununadək nəzərdə tutulub. Forvard "qoca sinyora"da meydana çıxdığı üç matçda beş qola imza atıb.