Fevralın 5-də "Qarabağ"la müqavilə bağlayan Kadi Borges hələ komandanın məşqlərinə qoşulmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə QOL.az-a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev bildirib.
29 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə müqavilə imzaladıqdan sonra şəxsi işləri ilə əlaqədar Macarıstana qayıdıb.
O, baş məşqçi Qurban Qurbanovun braziliyalı futbolçuya icazə verdiyini deyib: "Kadi hələlik komandaya qoşulmayıb. Baş məşqçi icazə verib. O, bazar günü ailəsi ilə birlikdə Macarıstandan Bakıya qayıdacaq".
Qeyd edək ki, "Qarabağ" Macarıstan "Ferensvaroş"undan transfer etdiyi Kadi ilə 4 illik müqavilə imzalayıb.
Kadi bu mövsüm Budapeşt klubu ilə bütün turnirlərdə 27 oyunda meydana çıxıb, 3 qol vurub, 7 qolun ötürməsini edib.