08 fevral 2025 22:58
282

Serbiya Prezidentinin getdiyi avtomobilin QƏZA ANI - ANBAAN GÖRÜNTÜ/ VİDEO

Serbiya Prezidenti Aleksandr Vuçiç rəsmi avtomobili ilə səfər zamanı avtomobilində qəza baş verib. Qəza anı Serbiya Prezidentinin həyatı ölümcül təhlükə ilə üzləşib.

Serbiya Prezidenti Aleksandar Vucic ölkənin şimalındakı kəndlərdən birinə səfər edərkən onun zirehli rəsmi maşınının təkəri avtomobil hərəkətdə olduğu zaman çıxıb.

İki sahil” xəbər verir ki, hadisədən sonra sürücü maşını kənara çəkib və xəsarət alan olmayıb. A.Vucic başqa avtomobilə keçərək səfər hərəkət cədvəlini davam etdirib.

Dövlət başçısı hadisə ilə bağlı deyib: "Kikindadakı böyük mitinqdən bir qədər əvvəl Melenci kəndini ziyarət etdikdən sonra Mokrin kəndinə gedirdim və öz maşınımla həmin yolda idim. Bunu sizə bir neçə cümlə ilə izah edəcəyəm. Beləliklə, təkərin partlayıb-parlamadığını səlahiyyətli orqanlar müəyyənləşdirəcək".

Vuçiç təhlükəsizlik qrupunun çox intizamlı olduğunu və bu dəfə avtomobilin sırasını müntəzəm olaraq dəyişdirdikləri üçün konvoyun qarşısındakı avtomobildə olduğunu söyləyib. Vuçiç bunun böyük bir şey olmadığını izah etsə də, Serbiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”