Krımın, DXR, LPR, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi beynəlxalq səviyyədə tanınması Ukrayna münaqişəsinin həllində vacib şərtdir.
“İki sahil” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “O Globo” qəzetinə müsahibəsində deyib.
“Rusiyanın Krım, Sevastopol, DXR, LPR, Xerson vilayəti və Zaporojye üzərində sahibliyinin beynəlxalq səviyyədə tanınması zəruridir”, - deyə, Lavrov vurğulayıb.
O, əlavə edib ki, Ukraynanın öhdəlikləri qanunla təsbit edilməli, icra mexanizmlərinə malik olmalı və müddətsiz xarakter daşımalıdır.