09 fevral 2025 17:45
140

Səudiyyə Ərəbistanı Fələstin məsələsində dəstəyə görə müsəlman ölkələrinə təşəkkür edib

Səudiyyə Ərəbistanı İsrailin Baş naziri Benyamin Netanyahunun fələstinlilərin öz vətənlərindən köçürülməsinin mümkünlüyü ilə bağlı son bəyanatını pisləyən bütün müsəlman ölkələrinə təşəkkür edib.

“İki sahil” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

"Səudiyyə Ərəbistanı Krallığı qardaş dövlətlərin Benyamin Netanyahunun Fələstin xalqının öz torpaqlarından didərgin salınması ilə bağlı bəyanatını pisləyən və rədd edən mövqeyini yüksək qiymətləndirir", - paylaşımda bildirilib.