İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda İsrail ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına görə “Hizbullah” hərəkatının hava bölməsinin komandirini hədəfə alıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
“Əsas mövqe tutan terrorçu son bir neçə həftə ərzində İsraillə Livan arasında atəşkəs razılaşmasını dəfələrlə pozduğu və İsrail ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına başçılıq etdiyi üçün hücuma məruz qalıb”, – bəyanatda deyilib.