Almaniya kansleri Olaf Şolts Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda keçirilən danışıqlardan sonra bildirib ki, Avropa İttifaqı Ukraynada sülhün təmin olunmasına öz töhfəsini verməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə "Tagesschau" nəşri məlumat yayıb.
O, vurğulayıb ki, Kiyevin iştirakı olmadan heç bir qərar qəbul etmək mümkün deyil. Kansler qeyd edib ki, Ukrayna hakimiyyəti atəşkəs üçün öz şərtlərini irəli sürməlidir.
“Aydındır ki, Avropa İttifaqı, Birləşmiş Ştatlar kimi, sülhü təmin etmək üçün öz üzərinə düşəni etməlidir - əgər buna nəhayət nail olunacaqsa,” - deyə, Olaf Şolts bildirib. Digər məsələlərlə yanaşı, o, ABŞ-la koordinasiya halında Avropadan olan müttəfiqləri Ukraynaya kömək etməyə çağırıb.