Ermənistan hərbi qulluqçusunun güllələnmiş meyiti tapılıb.
“İki sahil” "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın güllə yarası almış meyiti aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.