20 fevral 2025 12:43
150

ABŞ peyklər vasitəsilə Ukraynanın 700 min əsgərini itirdiyini görür - Tramp

ABŞ nümayəndələri peyklər vasitəsilə görürlər ki, Ukrayna tərəfi münaqişə zamanı 700 min əsgər itirib.

“İki sahil” xəbər verir ki,  bu barədə Amerika lideri Donald Tramp Mayamidə keçirdiyi brifinqdə bildirib.

“Ukrayna müharibədə 700 min insan itirdi. Biz peyklər vasitəsilə döyüş meydanında cəsədləri və bədən hissələrini görürük”, - deyə "Life.ru" siyasətçinin sözlərindən sitat gətirib.