Şərqi Qazaxıstan vilayətindən olan iki Qazaxıstan vətəndaşı Ukraynanın Donetsk vilayətində hərbi əməliyyatlarda iştirak edərkən həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə “Ustinka Live”ə istinadən KazTAG məlumat yayıb.
Bildirilib ki, Milli Təhlükəsizlik Komitəsinin (DKNB) Şərqi Qazaxıstan vilayəti üzrə departamentindən nəşrə verilən məlumata görə, bu şəxslər 2024-cü ildə Rusiya Federasiyasına gediblər. Orada Ukrayna ərazisində silahlı münaqişədə iştirak ediblər və bu zaman onlar Donetsk vilayətində aldıqları yaralardan ölüblər. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, buna səbəb partlayışlar və qəlpələrin zədələnməsi nəticəsində kəskin kütləvi qan itkisi olub”.
Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 172-ci (xarici silahlı münaqişələrdə iştirak) maddəsi ilə başlanmış cinayət işinə təqsirləndirilən şəxslərin ölümü ilə əlaqədar xitam verilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”