19 fevral 2025 08:02
135

Stef Qoris: Belçika Ticarət Palatası Azərbaycana missiya göndərmək niyyətindədir

Belçika Ticarət Palatası may ayında Azərbaycana missiya göndərə bilər.

“İki sahil” xəbər verir ki, bunu Trend-ə müsahibəsində Belçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris deyib.

"Ola bilsin ki, Belçika şirkətləri kənd təsərrüfatı sərgisinə maraq göstərsinlər. Biz Belçikada maraqlı şirkətləri və agentlikləri toplamağa çalışacağıq. Biz Brüsselə qayıdandan sonra bu məsələ ilə məşğul olacağıq", - deyə o bildirib.

Onun sözlərinə görə, Belçika şirkətləri Azərbaycanla əməkdaşlığa, xüsusilə metallurgiya, logistika və nəqliyyat sahələrində böyük maraq göstərir.

"İki ölkə arasında işgüzar əlaqələrin inkişafı üçün mühüm platformaya çevrilmiş Belçika-Azərbaycan Ticarət Palatasının təşəbbüsləri sayəsində iki tərəf arasında qarşılıqlı fəaliyyət yeni səviyyəyə yüksəlir", - deyə Stif Qoris qeyd edib.

O, hazırda Palatanın fikrincə, Belçika ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin yaxşılaşdırılması üçün hələ çox imkanların olduğunu vurğulayıb.

"Vəziyyəti digər Avropa ölkələri ilə müqayisə etdikdə, mənim şəxsi fikrimcə və Palata Şurasının üzvlərinin fikrincə, biz bir az geridəyik və indi bu boşluğu azaltmağa çalışırıq. Məhz buna görə də bir qrup belçikalı iş adamı Belçika-Azərbaycan Ticarət Palatasının yaradılması təşəbbüsü ilə çıxış edib. Vurğulamaq istərdim ki, Palatamız müstəsna olaraq özəl təşəbbüsdür. Heç bir inzibati orqanla əlaqəsi yoxdur. Biz bir qrup iş adamıyıq", - deyə Stef Qoris qeyd edib.

O əlavə edib ki, Belçika-Azərbaycan Ticarət Palatası paritet təmsilçiliyə çalışır və Azərbaycan şirkətlərini də iştiraka cəlb edir.

"Məmnuniyyətlə bildirmək istəyirəm ki, bizdə artıq Palataya qoşulmaqda maraqlı olan bir neçə Azərbaycan şirkəti var. Bakıya səfərimiz zamanı onlarla görüşdük və səfərin məqsədlərindən biri də Palatanın azərbaycanlı üzvləri ilə tanış olmaq idi", - deyə o bildirib.

Stef Qoris qeyd edib ki, bu işgüzar görüşlər çox maraqlı və konkret olub. O əlavə edib ki, Belçika-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurası bu missiyanın ilk nəticələrindən çox razıdır:

"Hazırda hər iki ölkənin şirkətləri arasında ən böyük maraq metallurgiya, logistika və nəqliyyat sahəsinədir. Biz Azərbaycan və Belçika şirkətlərini birgə işləmək, hər iki tərəf üçün faydalı olan həllər tapmaq üçün birləşdirən həlqə olmağa çalışırıq. Əminik ki, yaxın gələcəkdə bizi yaxşı nəticələr gözləyir. Biz Azərbaycan və Belçika şirkətlərini birgə işləmək, hər iki tərəf üçün faydalı olan həllər tapmaq üçün birləşdirən həlqə olmağa çalışırıq. Əminik ki, yaxın gələcəkdə bizi yaxşı nəticələr gözləyir".

Gələcək perspektivlərdən danışan Palata sədri müxtəlif qurum və nazirliklərlə yüksək səviyyədə görüşlər keçirmək imkanına görə Azərbaycanın dövlət qurumlarına minnətdarlığını bildirib:

"İlk növbədə, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə görüş keçirildi, çünki missiyamızın əsas məqsədi gələcək əməkdaşlıq imkanlarını araşdırmaq idi. Bu kontekstdə AZPROMO-nun rəhbəri Yusif Abdullayevlə çox maraqlı və məhsuldar dialoqumuz oldu. Həmçinin Azərbaycan şirkətləri ilə danışıqlar aparılıb, dövlət müəssisələrinin idarə edilməsi ilə məşğul olan Azərbaycan İnvestisiya Holdinq ilə görüş keçirilib.

Bu görüş bizim üçün çox mənalı idi. O, beynəlxalq ticarət sahəsində fəal iş aparıldığı anlayışını verdi".