Fələstinin "HƏMAS" hərəkatı qalan bütün israilli girovları birdəfəlik azad etməyə hazır olduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" televiziya kanalı xəbər verib.
Qeyd edilib ki, Fələstin hərəkatı indilərdə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlarda öz mövqelərini açıqlayan bəyanat yayıb.
"Biz daimi atəşkəsə və Qəzza zolağından qoşunların tamamilə çıxmağına səbəb olacaq razılaşma əldə etdikdən sonra məhbusların birdəfəlik dəyişdiriləcəyi ikinci mərhələyə hazırıq", - deyə bildirilib.