19 fevral 2025 08:18
133

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edir?

ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarlarına deyib ki, ABŞ Ukrayna üzrə sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən bildirib.

"Dövlət katibi Rubio avropalı müttəfiqlərinə bildirib ki, ABŞ-nin Rusiyaya qarşı sanksiyaları ən azı Ukraynadakı münaqişəyə son qoymaq üçün razılıq əldə olunana qədər qüvvədə qalacaq", - deyə qeyd olunub.

Məlumata əsasən, ABŞ dövlət katibi bu barədə fevralın 18-i Səudiyyə Ərəbistanında Rusiya rəsmiləri ilə görüşdən sonra telefon danışığı zamanı "Avropalı həmkarlar qrupuna" bildirib.