Finlandiyada Milli Koalisiya Partiyasının üzvü Yohanna Turja Ukraynanın Rusiyanın bir hissəsi olması ilə bağlı bəyanatlar verdikdən sonra regional seçkilərdə iştirakdan kənarlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Yle" məlumat yayıb.
“Koalisiya partiyası Ukraynanı Rusiyanın bir hissəsi adlandıran namizəd Yohanna Turyanı Satakuntada regional seçki siyahısından çıxarıb”, - məqalədə deyilir.
Regional ofisin rəhbəri Antti Ahonen namizədin diskvalifikasiya edilməsinə səbəb kimi etimadı itirilməsini göstərib.
Sosial mediada Turya Ukraynanın sərhədlərinin heç vaxt təsdiqlənmədiyini və ölkənin özünün də həmişə Rusiyanın tərkibində olduğunu bildirib.