NATO qoşunlarının Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“NATO ölkələrinin hərbi kontingentinin Ukrayna ərazisinə yerləşdirilməsi bizim üçün məqbul sayıla bilməz”, - deyə, Kreml nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Rusiyanın NATO ilə bağlı mövqeyini anlayan yeganə Qərb lideri olduğunu bildirmişdi.