Baydenin rəhbərlik etdiyi administrasiya Rusiya ilə müharibə istəyirdi, lakin indi Vaşinqtonun yanaşması dəyişib.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əvvəlki administrasiya... yalnız müharibədən danışırdı və Amerika vergi ödəyicilərinin pullarını buna xərcləyirdi. Yeni administrasiya fərqli fikirdədir. Onlar sülhün mümkün qədər tez bərqərar olması və bunun danışıqlar yolu ilə həyata keçirilməsi zərurətindən danışırlar", - Kreml sözçüsü əlavə edib.
Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Trampın Zelenskinin artan ritorikasına dözməyəcəyini bildirib.