21 fevral 2025 21:54
120

“Neftçi” qələbə qazanıb

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

“İki sahil” xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

Oyun meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb.

“Araz-Naxçıvan” – “Səbail” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək. “Şamaxı” – “Turan Tovuz” və “Zirə” – “Kəpəz” matçları isə bazar gününə təsadüf edəcək.

Azərbaycan Premyer Liqası
24-cü tur
21 fevral

“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
“Neftçi Arena”, 19:00.