Bu gün avrokuboklarda 1/8 final mərhələlərinin püşkatma mərasimi keçirilib.
"İki sahil" İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə əvvəlcə Çempionlar Liqasının püşkü atılıb.
Avrokubokların yeni formatına görə komandaların potensial rəqibləri əvvəlcədən bəllidir. Yəni hər komandanın qarşılaşa biləcəyi iki mümkün rəqib püşkdən əvvəl bilinir.
PSJ (Fransa) - “Liverpul” (İngiltərə)
“Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə)
“Real” (İspaniya) - “Atletiko” (İspaniya)
PSV (Niderland) - “Arsenal” (İngiltərə)
“Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya)
“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)
“Bavariya” (Almaniya) - “Bayer 04” (Almaniya)
“Feyenoord” (Niderland) - “İnter” (İtaliya)
Qeyd edək ki, 1/8 finalın oyunları 4-5 və 11-12 martda olacaq.