21 fevral 2025 00:05
154

Maşın sürüşüb işıqfora çırpıldı

Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. 

“İki sahil” xəbər verir ki,  DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən 1 ədəd svetofor yararsız vəziyyətə düşüb.  

Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Bu qəzada isə  svetoforun idarəetmə qutusu sıradan çıxıb.