İstanbulun (Türkiyə) Zeytinburnu rayonunda yanacaqdoldurma məntəqəsinin market hissəsində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, yanğın tankerlərə keçmədən yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Təxminən 300 kvadratmetr qapalı sahəsi olan ikimərtəbəli marketin birinci mərtəbəsində başlayan yanğın qısa zamanda bütün marketi ağuşuna alıb.
Hadisənin səbəbləri araşdırılır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”