22 fevral 2025 20:06
112

Türkiyədən İrana gedən sərnişin avtobusu yük maşınına çırpılıb

Türkiyədən İrana gedən sərnişin avtobusu yük maşınına çırpılıb.

İki sahil” xəbər verir ki, hadisə nəticəsində avtobusun sürücüsü yaralanıb.

Məlumata görə, İstanbuldan İrana gedən Nader M.-in idarə etdiyi xarici nömrə nişanlı sərnişin avtobusu magistral yolda Bolu Dağ Tunelinin üçüncü viyadükü ilə hərəkət edən B.K.-nı idarə etdiyi yük maşınının arxasına çırpılıb.

Hadisə yerinə səhiyyə, xilasetmə, jandarma və AFAD qruplar cəlb edildi.

Zərbənin təsirindən sıxılmış vəziyyətdə qalan avtobus sürücüsü ekipajın səyi ilə xilas edilib.

Bolu İzzet Baysal Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılan yaralı sürücünün səhhətinin yaxşı olduğu bildirilir.

Məlumat verilib ki, sərnişinlər başqa avtobusla yola davam edəcəklər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”