23 fevral 2025 01:02
100

Roma Papasının son vəziyyəti açıqlanıb

Roma Papası Fransiskin vəziyyəti ağır olaraq qalır və ona qan köçürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

"Papa Fransiskin vəziyyəti kritik olaraq qalır. Uzun sürən astmatik tənəffüs böhranı üçün tibbi yardıma ehtiyac duyub. Onda tombositopeniya aşkar edildiyindən qanköçürmə tələb olunub", - məlumatda deyilir.

Qeyd edək ki, 88 yaşlı pontifik bir həftədən çoxdur ki, Romanın Gemelli xəstəxanasında müalicə alır.