Türkiyədə saxta spirtli içkilərdən istifadə nəticəsində ölüm halları artır.
“İki sahil”in “TRT Haber”ə istinadən verdiyi məlumatına görə, Ankarada saxta spirtli içkidən daha iki nəfər ölüb. Bunula da ölənlərin sayı isə 65-ə çatıb.
Ankara Respublika Baş Prokurorluğunun başlatdığı araşdırmalar çərçivəsində saxta spirtli içki istehsal edənlərin tutulması istiqamətində işlər davam edir.
Bu çərçivədə 32 adam nəzarətə alındı.
Məhərrəm Ağalaroğlu, “İki sahil”