22 fevral 2025 21:31
115

Viktor Orban: Ukrayna heç vaxt Aİ-nin üzvü olmayacaq

Rusiya-Ukrayna müharibəsi sona çatmaq üzrədir.

İki sahil”in “Magyar Nemzet”a istinadən verdiyi məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, müharibənin səbəbi NATO ilə Rusiya arasında münaqişə zonası olan Ukrayna torpaqlarının NATO-nun nəzarətinə keçməsidir.

"Liberalların rusların nəyə görə boş dayanacağını düşündükləri hələ də sirr olaraq qalır", - Orban bildirib.

Onun sözlərinə görə, Macarıstan və macarlara qarşı Ukrayna heç vaxt Aİ-nin üzvü olmayacaq: “Ukraynanın üzvlüyü macar fermerlərini və bütün Macarıstanın milli iqtisadiyyatını məhv edərdi”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”