22 fevral 2025 22:19
111

“The Times”: Britaniya ilə ABŞ-ın xarici siyasəti heç vaxt bir-birindən bu qədər uzaqlaşma riski ilə üzləşməyib

“Hər bir Britaniya baş naziri üçün Vaşinqtona səfər həmişə yüksək fürsət və yüksək təhlükə anı olub. Lakin risklər heç vaxt Kir Starmerin gələn həftə Ağ Evdə prezident (Donald) Trampla görüşmək üçün ilk səfərindən yüksək olmayıb”.

İki sahil” xəbər verir ki, bu fikirlər “The Times”də yazılıb.

Qeyd edilib ki, bu, İkinci Dünya Müharibəsinin başlamasından bəri baş nazir və prezident arasında ən əhəmiyyətli ilk ikitərəfli görüşdür: “O vaxtdan bəri Britaniya və Amerikanın xarici siyasəti heç vaxt bir-birindən bu qədər uzaqlaşma riski ilə üzləşməmişdi. Bu, çox təhlükəli məqamdır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”