22 fevral 2025 22:26
116

Netanyahu Qəzzada 63 girovun qaldığını bildirib

Fevralın 22-də qaçırılan 6 nəfərin azad edilməsindən sonra İsrail Qəzza zolağında saxlanılan bütün girovları geri qaytarmaqda qərarlıdır.

“İki sahil” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Biz indiyədək 192 girovu geri qaytarmışıq. Onlardan 147-si sağ, 45-i isə ölüdür. HƏMAS hələ də 63 nəfəri girov saxlamaqdadır. İsrail hökuməti onları geri qaytarmaq üçün səylərini davam etdirməyə qətiyyətlə sadiqdir”, - deyə Baş nazir bildirib.