Macarıstanın Baş naziri Viktor Orban bazar ertəsi Parisdə Fransa prezidenti Emmanuel Makronun ev sahibliyi etdiyi Ukrayna sammitini tənqid edib.
“İki sahil”in “Magyar Nemzet”a istinadən verdiyi məlumatına görə, V.Orban deyib: "Avropalı müttəfiqlərimizin Parisdəki görüşlərinin fotolarına baxdım. Onlar turş alma yemiş kimi görünürdülər. Avropa İttifaqı Ukrayna danışıqlarının onlarsız başlamasından inciyib. Masaya oturmaq istəyirlər. Əgər böyük oyunçuların olduğu masaya oturmaq istəyirsinizsə, ətrafınıza baxıb, xidmətçini axtarın. Əgər tapa bilməsəniz, bilin ki, o, sizsiniz. Paris haqqında demək istədiyim budur”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”